Niyə məni bloklamışlar

Müvəqqəti bloklama

Uber bir saat, bir gün və hətta daha uzun müddətə sürücünü və ya avtomobili sifarişlərdən ayıra bilər. Fotonəzarətdən keçmədiyiniz, sərnişinlər ilə pis rəftar etdiyiniz və ya reytinqiniz enmiş halda sizi müvəqqəti bloklaya bilərlər. Bundan başqa sizi taksopark bloklaya bilər.

Siz fotonəzarətdən keçməmisiniz

Fotonəzarəti neçə keçməli haqqında burada oxuya bilərsiniz.

Siz sərnişin ilə pis rəftar etmisiniz

Məsələn, ünvana çatmamısınız, və ya digər sərnişin ilə yola düşmüsünüz, özgə adam ilə sifarişə gəlmisiniz və ya hesablaşmada sərnişini aldatmısınız.

Bütün bu hallarda sürücünün ilk pozuntusu ciddi xəbərdarlıq və ya 12 saat müddətinə bloklama ilə nəticələnir. Təkrar pozuntu baş verərsə Uber sifarişləri sürücüyə bir günə bağlayır, dördüncü pozuntudan sonra sifarişlər 48 saat ərzində sürücü üçün bağlanır.

Uber-in keyfiyyət standartları ilə tanış olun.

Sizin göstəriciləriniz aşağıdır

Siz həddindən çox az sifarişləri qəbul edib yerinə yetirirsiniz.

Müvəqqəti bloklama

Qəbul edilmiş sifarişlərin göstəriciləri normadan aşağıdır. Təklif olunan sifarişlərdən az-az imtina edin.

Sizi taksopark bloklayıb

Əgər sürücünün Taksometrdə balansı parkın qoyduğu limitdən aşağıdırsa, park sürücünü bir çox hallarda sifarişlərdən ayırır. Sadəcə şəxsi hesabınızı doldurun və ya dispetçer ilə bağlanın.

Balansınızı doldurun

Taksopark məhdudiyyət qoymuş, sifarişlərinizi yenə almaq üçün balansınızı doldurun.

Balansı doldurmaq

Siz həmişəlik bloklanmısınız

Qara siyahıya düşmüş halda, siz, təəssüf ki, UBER-in sifarişləri ilə bir daha işləyə bilməyəcəksiniz.

Siz bloklanmısınız

Təəssüf ki, siz qara siyahıya düşmüsünüz və bir daha Uber ilə çalışa bilməyəcəksiniz.

Texniki dəstəyə yazmaq

Yoxlamalarda keyfiyyət şöbəmizin əməkdaşları tərəfindən aşkarlanan kobud pozuntuların siyahısı, qısa və sadə.

Məhz bunlara görə  avtomobil* və onun   sürücüsü qara siyahıya düşə bilərlər:

 

 + 

— Sürücü keyfiyyət nəzarəti yoxlamalardan istənilənini keçməkdən imtina edir və ya avtomobilin saxta fotoşəkillərini göndərir.

— Avtomobilin təhlükəsizlik kəmərləri yararsızdır, lak boya örtüyü zədələnibdir

— Avtomobili təcili olaraq kompleks şəkildə yumaq və kimyəvi təmizləmək lazımdır.

— Maşının yük bölməsi yarıdan çox doludur.

— Servis standartlarının bilərəkdən kobud şəkildə pozduqlarına görə, məsələn, sərnişinin təhlükəsizliyinə,YHQ pozulması, oğurluq və ya dələduzluq – biz sürücü ilə həmişəlik vidalaşırıq.

Əgər yalnız avtomobil bloklanıbsa, sürücü digər maşında işini davam edə bilər. Lakin bu dəfə daha səliqəli olmaq lazımdır, çünki növbəti xəbərdarlıq sürücünün reytinqinə, nüfuzuna və qazancına ciddi təsir göstərə bilər.