12/8/2022

Hava limanından sifarişlər haqqında nə bilməlisiniz

Hava limanından və hava limanına edilmiş sifarişlərin orta qiyməti şəhərdəki sifarişlərdən yüksəkdir, lakin belə gedişlərə tələbat da həmişə eyni olmur.

Sürücülərin sifarişi çox gözləməməsi, istifadəçilərin isə həmişə yola çıxmaq imkanının olması üçün hava limanındakı boş avtomobillərin sayını elektron növbə ilə tənzimləyirik.

Elektron növbənin olduğu əraziyə daha tez gəlmiş sürücü sifarişi daha tez alacaq, gec gələnlər isə bir az çox gözləməli olacaq.

Bu, sifarişlərin bərabər şəkildə paylanmasına, həmçinin həm sürücülər, həm də istifadəçilərin gözləmə vaxtını azaltmağa imkan verir.

Sifarişlərin elektron növbəsinə necə düşmək olar

Hava limanına yaxınlaşanda xəritədə mavi zona görəcəksiniz. Növbədə durmaq üçün bu zonada dayanmaq lazımdır.
Növbədə duranda ekranda öz yerinizi və sifarişin edilməsinə qədər qalan təxmini vaxtı görəcəksiniz.
Bu ekrana bassanız, siz həmçinin öz yerinizi və bütün mövcud tariflərdə gözləmə vaxtınızı görəcəksiniz.

Növbədəki yerinizi hansı səbəbdən itirə bilərsiniz

Sürücü aşağıdakı hallarda növbədəki yerini itirəcək:

  • birinci xətdən çıxdığı halda;
  • Yandex Pro-da yeni tarif aktiv etdiyi və ya aktiv tarifləri deaktiv etdiyi halda;
  • uzun müddət GPS-lə bağlı problem yaşadığı halda;
  • hava limanındakı gözləmə zonasından çıxdığı halda - bu zona xəritədə mavi rənglə göstərilib;
  • sifarişləri ötürdüyü və ləğv etdiyi halda;
  • xidmət qaydalarını pozduğu halda.

Bütün qeyd edilən hallarda Yandex Pro-da xəbərdarlıq göndərəcək və sürücünün növbədəki yerini itirə biləcəyini qabaqcadan bildirəcəyik.

Sifarişlər üçün növbə yoxdursa, xəritə qırmızı rəngdə olur.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari