5/1/2020

Bələdçi necə işləyir

Bələdçi – Taksometrdə olan virtual köməkçidir. O, sizi ucqar rayondan çıxaracaq, sifarişlərin bölüşdürülməsi zamanı müvəqqəti üstünlük verəcək və ən sərfəli təklifi seçəcək.

Bələdçini işə salmağa ehtiyac yoxdur – o, bütün sürücülərdə avtomatik görünür və özü sifarişləri təklif edir.

İşləmə qaydası:

1. Bələdçi sizin üçün sifarişlər seçir

O, tıxaclar, sifarişlər və hal-hazırda Taksometrlə işləyən bütün sürücülərin hərəkəti barədə məlumatları təhlil edir. Yola sərf edəcəyiniz vaxtı nəzərə alaraq sərfəli sifarişi alacağınız zonanı təklif edir. 

2. Göstərilən zonaya gedirsiniz

Bələdçinin təklifi məhdud vaxt ərzində qüvvədə qaldığı üçün onu dərhal qəbul edin və yola düşün.

Lazımi zonaya çata bilmədiyiniz halda, məsələn yolda uzun müddət dayandığınız zaman sifarişi buraxa bilərsiniz.

3. Prioritet əldə edirsiniz

Lazım olan rayona çatdığınız zaman avtomobiliniz sifarişlərin bölüşdürülməsi zamanı prioritet əldə edəcək. O, xidmətə sizə uyğun gedişi təklif etməyə kömək edəcək.

Sifarişi başa çatdırdıqda işləməyə davam etdiyiniz halda növbəti gediş zamanı da prioritetiniz olacaq. Fasilə verdiyiniz halda prioritet bitə bilər.

Bələdçinin təkliflərini buraxmaq olar? Bu Fəallıq göstəricisinə təsir edəcək?

Belə təklifləri buraxa bilərsiniz, Fəallıq göstəricisi azalmayacaq. Lakin Bələdçi yalnız ucqar rayonda qaldığınız zaman sizə kömək edəcək. Onsuz sərfəli gediş almaq şansınız daha azdır.

Bələdçi ilə niyə boşuna gedim? Gözləmək və ya xəritədəki "bənövşəyi zonaya" getmək daha yaxşı olmazmı?

Siz "bənövşəyi zonaya" çatana kimi tələbat azala bilər, bu zaman yaxşı sifariş alacağınıza zəmanət verilmir. Bələdçi 10 və ya 15 dəqiqə sonra olacaq tələbatı müəyyən edə bilir, buna görə də o sizi yalnız həqiqətən sifariş olan zonalara aparacaq. Üstəlik prioritetiniz olacaq.

Niyə Bələdçim yoxdur? Onu necə işə salım?

Bələdçini işə salmaq və ya söndürmək lazım deyil – o, sifarişləri avtomatik təklif edir. Belə təklifləriniz hələ yoxdursa, deməli ucqar rayonlarda nadir hallarda olursunuz.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari