"Xətdə" statusunu təyin edin
Ekranın mərkəzindəki sarı düyməyə basın. Beləcə, sifariş almağa başlayacaqsınız.
Sistemin təklifini qəbul edin
Sistemdən təklif daxil olacaq. Kartda sərnişini götürməli olduğunuz ünvanı və hər hansı əlavə istəyinin olub-olmadığını görəcəksiniz. Sifarişi qəbul etmək, yaxud ondan imtina etmək üçün 10 saniyəniz olacaq.
Nəzərə alın ki, buraxılmış sifarişlərə görə Fəallıq balları itirəcəksiniz. Buna görə də sifarişləri yerinə yetirməyə hazır olmadığınız halda "Xətdə" statusunu təyin etməyin.
Sifariş ünvanına çatdığınız zaman sərnişini gözləyin
Sifariş ünvanına çatdığınız zaman "Yerində" düyməsinə basın. Sərnişin proqramda onu gözlədiyinizi görəcək.
Sərnişin 10 dəqiqə ərzində gəlmədiyi halda ona zəng edərək onu gözlədiyinizi xatırladın. Bu vaxt bitdikdən sonra sərnişin gəlmədiyi halda sifarişi ləğv edə bilərsiniz.
Qalıq pulu hazırlamağı unutmayın
Xəttə çıxmadan öncə özünüzlə xırda pul götürün: sərnişinlərin çoxu nağd pul ilə ödəniş etdiyi üçün qalıq pul lazım ola bilər.
Yeni sifarişi qəbul etməyə hazır olmadığınız zaman xətdən çıxın
Nahara çıxdığınız və ya avtomobilə yanacaq doldurmaq üçün getdiyiniz zaman yeni sifarişlərin daxil olmaması və Fəallıq ballarının itirilməməsi üçün "Məşğul" statusunu təyin edin. Bunu unutduğunuz halda ardıcıl olaraq üç sifariş buraxıldıqda Taksometr özü "Məşğul" statusuna keçəcək.
Xidmət standartlarını unutmayın
Unutmayın ki, gediş sifarişləri yerinə yetirdiyiniz tarifin standartlarına uyğun həyata keçirilməlidir.