İş gününün sonunda sifarişlər sizi evdən uzağa apardığı halda geriyə sərnişinsiz qayıtmağa ehtiyac yoxdur. "Evə" rejimini yandırın və Taksometr qeyd etdiyiniz ünvan istiqamətində sifariş seçəcək.
Bu düyməni gündə yalnız bir neçə dəfə istifadə etmək olar. Nə qədər istifadə edə biləcəyiniz isə regiondan asılıdır.
Düymənin qarşısında onu neçə dəfə istifadə etdiyinizi və daha necə dəfə istifadə edə biləcəyinizi görə bilərsiniz.
Sifarişləri yerinə yetirən zaman sərnişinlə getmək istədiyiniz rayonu seçə bilərsiniz. "İş üzrə" düyməsinə basın və istənilən ünvanı seçin — sistem uyğun sifarişi seçəcək.
Hər dəfə yeni ünvanı daxil etməmək üçün tez-tez getdiyiniz ünvanları yaddaşda saxlaya bilərsiniz.
"İş üzrə" düyməsini həftədə bir neçə dəfə istifadə edə bilərsiniz. Taksometr qalan istifadə imkanı sayını bildirəcək.