4/6/2020

Sifarişlər daxil olmadığı halda nə etməli?

Taksometr hesabınızda “Diaqnostika” düyməsi vasitəsilə sifarişlərin hansı səbəbdən daxil olmadığını öyrənə bilərsiniz.

Bu düyməyə basdığınız zaman proqram işinizə mane olan səbəblərin siyahısını əks etdirəcək. Problemlər daha çox aşağıdakı hallarda yaranır:

Xəttə çıxmamısınız

Sifarişlər yalnız ekranın yuxarı sol küncündə sarı düymə yandığı halda daxil olur. Bu düymə olmadığı halda sistem sizin məşğul olduğunuzu və hal-hazırda sifarişləri yerinə yetirə bilmədiyinizi hesab edir.

Nə etməli: sistemin sizə yenidən sifarişlər təklif etməsi üçün, xəttə çıxın. Bunun üçün əsas ekranda böyük sarı "Xəttə" düyməsinə basın – bu düymə ekranın aşağısındadır.

Bağlantı ilə bağlı problemlər

İnternet stabil işləmədiyi və ya GPS-ə çıxış imkanı olmadığı halda yeni sifarişlər daxil olmaya bilər.

Nə etməli: cihazınızın parametrlərində verilənlərin ötürülməsi və geolokasiyanın aktiv olduğundan əmin olun. Onu söndürün və yenidən işə salın. Şəbəkə yenə də tutmursa, siqnalın daha güclü olduğu yerə keçin. Telefondakı balansı öyrənin – ola bilsin ki, operator sizi bloklayıb.

GPS ilə bağlı problemlər tez-tez yaranırsa, bu, cihazınızla bağlı ola bilər. Cihazın Taksometrin iş prinsipi üçün uyğun olub-olmadığını yoxlayın.

Fotonəzarətdən keçməmisiniz

Sifarişlərə çıxış imkanı yalnız fotonəzarətdən uğurla keçdiyiniz halda açılır.

Nə etməli: şəkli təzəlikcə göndərdiyiniz halda Taksometrdə "Mesajlar" bölməsinə nəzər salın. Yalnız yoxlamadan keçdiyinizə dair mesaj daxil olan zaman yenidən sifariş alacaqsınız.

 Xidmətə çıxış imkanınız məhdudlaşdırılıb

Taksometrdə "Mesajlar" bölməsinə nəzər salın. Xidmətə çıxış imkanınız məhdudlaşdırıldığı halda sistem sizə bunun səbəbinin qeyd olunduğu mesajı göndərəcək.

 Ucqar rayondasınız

Bəzən sifarişlər yaxınlıqda harasa getmək istəyən insanlar olmadığına görə daxil olmur.

Nə etməli: xidmətə çıxış imkanınız varsa və Taksometr lazımi qaydada işləyirsə, proqramın əsas ekranında xəritəni açaraq yaxınlıqda bənövşəyi rəngli zonaların olub-olmadığını yoxlayın — bu zonalarda hal-hazırda yüksək tələbat var.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari