2/20/2020

Gözləmə rejimini necə işə salmalı

Sərnişini sifariş ünvanında uzun müddət gözlədikdə və ya sərnişin yolda saxlamağınızı xahiş etdikdə gözləmə vaxtı gediş çekinə daxil edilə bilər. Bu rejimin Taksometrdə istifadə olunması qaydası barədə məlumat verəcəyik.

Sərnişini B nöqtəsində gözləyirsinizsə

Gözləmə vaxtı sistemin sifarişi təyin etdiyi vaxtdan hesablanır. Bu vaxta sifariş kartında baxa bilərsiniz. Ekranın aşağı hissəsindəki sükan işarəsini yuxarıya doğru dartın:

Daha tez gəldiyiniz halda gözləmə vaxtı yalnız təyin olunan vaxtdan etibarən hesablanır. Daha gec gəldiyiniz halda isə "Yerində" düyməsinə basan andan etibarən hesablanır.

Əvvəlcə pulsuz, sonra isə ödənişli gözləmə rejimi işə düşəcək. Pulsuz dəqiqələrin sayı regiondan asılıdır.

Sərnişin avtomobilə oturan zaman sifariş kartında "Başla" düyməsinə basın, bu zaman gözləmə vaxtı artıq hesablanmayacaq.

Sərnişin yolda saxlamağınızı xahiş edirsə

Bəzən sərnişin gediş zamanı sizdən saxlamağınızı xahiş edə bilər. Məsələn, mağazaya girmək üçün.

Gözləmə vaxtının hesablanması üçün saxladığınız zaman "Gözlə" düyməsinə basın – bir neçə dəqiqə sonra ödənişli gözləmə sayğacı işə düşəcək.

Gözləmə rejimini necə söndürməli

Sərnişin geri qayıdan kimi "Başla" düyməsinə basın. Gözləmə rejimi dayandırılacaq. Bu düyməyə basmaya da bilərsiniz, 5-7 km/s sürəti yığan kimi o, avtomatik sönəcək. Buna görə də tıxacda olan zaman düymə gah göstərilə, gah da yox ola bilər.

Bəzən hərəkət etmədən gözlədiyiniz zaman gözləmə düyməsi yox ola bilər. Adətən bu, GPS ilə bağlı problemlərdən irəli gəlir. Düymə yox olduğu halda internetinizin işləyib-işləmədiyini yoxlayın. Bunun üçün hesabınızda "Diaqnostika" düyməsinə basın.

❌ ❌ ❌Sərnişin saxlamağı xahiş etmədiyi halda "Gözlə" düyməsinə basmaq olmaz. Gözləmə vaxtına görə əlavə məbləğ sərnişin çekinə daxil edilir və avtomobili həqiqətən yolda saxlamadığınız halda xidmətə çıxış imkanınız məhdudlaşdırıla bilər.

Sual-cavab

Niyə ekranda düyməni görmürəm?
Yolda "Gözlə" düyməsinə basıram, lakin gözləmə vaxtı çekdə hesablanmır

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari