Onunla daha rahat işləmək üçün uyğun smartfon və ya planşet seçməyinizi tövsiyə edirik.
- yaddaşda minimum 2 GB və ya yaxşı olar ki, 4 GB boş yer olsun;
- Android 5.0 və daha sonrakı versiya — parametrlərdə yoxlaya bilərsiniz;
- GPS və GLONASS (qlobal peyk naviqasiya sistemi) dəstəyi;
- AMOLED olmayan ekran (onlar daha tez yanır və daha çox işıq əks etdirir).
Taksometri yükləyin. Google Play-ə keçərək "Quraşdır" düyməsinə basın:
Proqramı işə salın və qeydiyyatdan keçin.
Dili seçin. Onu profilinizdə parametrlərdə dəyişə bilərsiniz.
Taksometrə telefonun bəzi funksiyalarına çıxış imkanı verməlisiniz, çünki çıxış imkanı olmadan işləyə bilməz.
Hesabı qeydiyyatdan keçirmək istədiyiniz telefon nömrəsini daxil edin.
Bu nömrəyə kod ehtiva edən SMS daxil olacaq. Kodu Taksometrdə daxil edin.
Artıq qeydiyyatdan keçmisinizsə, yalnız işləyəcəyiniz taksi parkını seçməyiniz qalır. Hələ qeydiyyatdan keçməmisinizsə, proqramda anket doldurmağınız tələb olunacaq.
Bunun üçün sürücülük vəsiqəsi lazım olacaq – onun şəklini çəkin və ya məlumatları əl ilə daxil edin. Taksometrdəki kömək mesajlarını izləyin.
Qeydiyyatdan sonra ilk fotonəzarətdən keçməlisiniz:
- sifarişləri yerinə yetirəcəyiniz avtomobilin və sürücülük vəsiqənizin şəklini çəkin;
- sistemin kimliyinizi təsdiq etməsi üçün sürücülük vəsiqənizlə birlikdə kameraya gülümsəyin.
📸 Hər şey çox sadədir: yaxşı işıqlandırılmış yer seçin və Taksometrdəki kömək mesajlarını izləyin.
Proqramla iş ilə bağlı sualınız qalıb? Dəstək xidmətinə yazın – sizə köməklik göstərərik.