2/20/2020

UberX standartları

Keyfiyyət standartları Uber sifarişlərini yerinə yetirən peşəkar sürücülər üçün qaydalardır.

Standartlar sərnişinlərin tələblərini qarşılamağa, əla qiymətlər almağa və müxtəlif vəziyyətlərdə davranış qaydasını anlamağa kömək edir.

🚖 Avtomobil

  • Avtomobilin məlumatları Taksometrdə qeyd edilənlərə tam uyğun gəlməlidir.
  • Ban, şüşə və fənərlərdə güclü zədələr olmamalıdır.
  • Hava şəraiti yaxşı olan zaman ban təmiz olmalıdır. Həva şəraiti pis olan zaman, məsələn palçıq olduqda qapı dəstələri, kandarlar təmiz olmalıdır.
  • Salon təmiz, quru və səliqəli olmalı, kənar qoxular, həmçinin siqaret və ətirləndiricilərin qoxusu gəlməməlidir.
  • Yük yeri təmiz və boş olmalıdır: oraya 50×80×35 sm ölçüdə ən azı bir çamadan yerləşməlidir.

👑 Sürücü

  • Səliqəli geyinin və görünüşünüzə diqqət yetirin.
  • Sərnişinlərə nəzakətlə və hörmətlə davranın.

🚦Gediş

  • Sifarişi qəbul etdikdən dərhal sonra sərnişinin ünvanına doğru yola çıxın.
  • Yalnız sifariş nöqtəsinə çatdıqdan sonra "Yerində" statusunu təyin edin.
  • Sərnişini hər zaman proqramda qeyd edilən təyinat nöqtəsinə qədər aparıb çatdırın. İstisna hallara sərnişinin avtomobili daha tez saxlatdırmaq istəyi və ya təyinat nöqtəsində dayanmanın YHQ-na əsasən qadağan edildiyi hallar aiddir.
  • Sərnişin marşrutu dəyişmək istədiyi halda ondan təyinat ünvanını proqram vasitəsilə dəyişməsini xahiş edin.
  • Hər zaman pulun (o cümlədən iri nominallı əsginasların) qalığını vermək üçün xırda pul saxlayın.
  • Sərnişin əşyalarını yaddan çıxaran zaman dəstək xidmətinə məlumat verin.

❌ Olmaz

  • Sərnişinə qarşı kobud davranmaq və münaqişəyə zəmin yaratmaq.
  • Gedişlərdən öncə və gediş zamanı siqaret çəkmək (o cümlədən elektron cihazlarla), həmçinin sərnişinlərin bunu etməsinə yol vermək.
  • Sərnişin siqaret çəkmək istədiyi halda ona avtomobili dayandırmağı və ya gedişin sonuna qədər gözləməsini təklif edin. 
  • Çəkilən və ya çeynənilən qarışıqlardan istifadə etmək.
  • Sərnişindən sifarişi ləğv etməsini və ya ödəniş üsulunu dəyişməsini istəmək.
  • Sərnişindən Taksometrdə göstərilən məbləğdən çox tələb etmək. O cümlədən sərnişindən tarifə daxil olmayan xidmətlərə görə əlavə ödəniş tələb etmək.
  • Sərnişindən gedişə görə "beş" qiyməti qoymağı istəmək. Lakin sərnişinə gedişi qiymətləndirməyi təklif edə bilərsiniz, məsələn: "Gedişi qiymətləndirsəniz, minnətdar olaram".
  • Sifarişlərə avtomobildə kənar şəxslər və heyvanlarla gəlmək.
  • Uber xidmətinə qarşı nadürüst hərəkətlər etmək.
Keyfiyyət standartları barədə unutmayın: onları müntəzəm olaraq pozduğunuz halda sifarişlərə çıxış imkanınız məhdudlaşdırıla və ya dayandırıla bilər.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari