2/10/2020

Reytinq

Hər bir gediş sizin təcrübəli sürücü və işinizin əsl peşəkarı olduğunuzu göstərmək imkanıdır.

Bunu əyani surətdə müəyyən etmək və hər bir yaxşı gedişi diqqətdən kənarda qoymamaq üçün gedişin sonunda sərnişinə qiymət qoymağı təklif edirik. Uber xidmətində şəxsi keyfiyyət göstəriciniz olan reytinq son 150 qiymətdən formalaşır.

REYTİNQİN HESABLANMA QAYDASI

Reytinq son 150 qiymətin orta hesabla ölçülmüş göstəricisi şəklində hesablanır: qiymət nə qədər «təzə» olarsa, dəyəri bir o qədər böyük olar. Məzuniyyət kimi fasilədən sonra yenidən xidmətdən istifadə etməyə başladığınız zaman reytinq əvvəlki vəziyyətində qalır.

REYTİNQƏ NECƏ NƏZARƏT ETMƏLİ

Bu məsələdə sizə Taksometr kömək edəcək, belə ki, reytinq aşağı düşməyə başlayan zaman sizə bildiriş göndəriləcək. Profilin yuxarı idarəetmə panelində cari reytinqə rahat şəkildə baxmaq mümkündür.

XİDMƏTƏ YENİ QOŞULANIN REYTİNQİ NECƏ OLACAQ

Xidmətə yeni qoşulan zaman avtomatik olaraq 5 göstəricisinə bərabər reytinq formalaşdıran beşlərdən ibarət 50 qiymət əlavə olunur.

REYTİNQ NƏYƏ TƏSİR GÖSTƏRİR

  • Xidmətə çıxış imkanı verir. Reytinq 4,5 və 5 aralığında olduqda sifarişlər alırsınız. 4,5 göstəricisindən aşağı olduqda isə sifarişlərə çıxış imkanından məhrum olacaqsınız.
  • Sifarişlərin bölüşdürülməsində prioriteti müəyyən edir.
  • Avqust ayının 1-dən «UberX» tarifindən yüksək tariflər üzrə sifarişlər alıb-almayacağınızı müəyyən edəcək.
Xidmətə necə qayitmali

YÜKSƏK TARİFLƏRƏ ÇIXIŞ İMKANI

Avqust ayının 1-dən «UberX» tarifindən yüksək tariflərdə sifarişlər almaq üçün müəyyən reytinqə malik olmaq lazım olacaq. Bu tarixə qədər sifarişləri köhnə qaydalara uyğun alacaqsınız, həmçinin reytinqiniz yeni göstəricilərdən aşağı olduqda onu yaxşılaşdırmaq üçün vaxtınız olacaq.

Yüksək tariflər üzrə sifarişlər almaq üçün lazım olan reytinq göstəriciləri

«UberSELECT» — 4,0

Reytinq səbəbindən hər hansı yüksək tarifə çıxış imkanından məhrum olduqda siz hələ də daha aşağı tariflərdə sifarişlər ala biləcəksiniz.
Yüksək tarifə çıxış imkanını necə bərpa etməli

Yüksək tarifə çıxış imkanından birinci və ya ikinci dəfə məhrum olduqda onu dərhal bərpa etməyə cəhd edə bilərsiniz. Bunun üçün Taksometrdə «Sürücü» bölməsində çıxış imkanından məhrum olduğunuz tarifin üzərinə basın. Sonra təlimatlara əməl edin, belə ki, onlar sizə müvəqqəti çıxış imkanını bərpa etməyə kömək edəcək.

Müvəqqəti çıxış imkanını bərpa etdikdən sonra reytinqiniz çıxış imkanından məhrum olmazdan əvvəl malik olduğunuz göstəriciyə bərabər olacaq, həmçinin aşağıdakı şərtlərlə 150 gediş əldə edəcəksiniz:

  • həmişəki qaydada sifarişlər alacaqsınız;
  • reytinqinizi lazımi göstəriciyədək qaldıra biləcəksiniz.

Bu gedişlər ərzində işinizdə heç nə düzəlmirsə və reytinqiniz aşağı düşməyə davam edirsə, müvəqqəti çıxış imkanınız çərçivəsində təqdim edilən 150 gedişi tamamlamazdan əvvəl yüksək tariflərə çıxış imkanından məhrum olacaqsınız. Yüksək tariflərə təkrar qayıtmağa yarım il sonra cəhd edə biləcəksiniz.

150 gedişdən sonra reytinqinizi lazımi göstəriciyədək qaldıra bilsəniz, yüksək tariflərdə sifarişlər əlçatan olmağa davam edəcək, lakin qaldıra bilməsəniz, çıxış imkanını bərpa etməyə yalnız yarım il sonra cəhd edə biləcəksiniz.

Yüksək tariflərə çıxış imkanından üçüncü dəfə məhrum olduqda onu bərpa etməyə yalnız yarım il sonra cəhd edə biləcəksiniz.

POPULYAR SUALLAR

1. SÜRÜCÜLÜK VƏSİQƏSİNİN DƏYİŞDİRİLMƏSİ REYTİNQƏ NECƏ TƏSİR GÖSTƏRİR?
Reytinq əvvəlki kimi qalır.

2. MƏN BİR MÜDDƏT SİFARİŞ QƏBUL ETMİRDİM, BU MÜDDƏT ƏRZİNDƏ REYTİNQİM DƏYİŞƏCƏK?
Xeyr, reytinq olduğu kimi qalacaq.

3. REYTİNQİN 4,5 GÖSTƏRİCİSİNDƏN AŞAĞI DÜŞMƏSİ SƏBƏBİLƏ XİDMƏTƏ ÇIXIŞ İMKANINDAN MƏHRUM OLDUQDA NƏ ETMƏLİYƏM?
Xidmətə çıxış imkanını necə bərpa etmək ilə bağlı ətraflı məlumat Taksometrə gələcək.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari