5/5/2020

Sifarişlər necə bölüşdürülür

Uber sistemi sifarişləri sürücülər arasında avtomatik olaraq bölüşdürür.

Taksi parkının dispetçerləri, xidmətin əməkdaşları sifarişlərin bölüşdürülməsinə təsir göstərmir.

Sistem tarifə görə uyğun olan və sifariş ünvanına daha yaxın olan, yəni, yola maksimum 15 dəqiqə sərf edəcək avtomobili axtarır.

Sərnişin hər hansı əlavə tələblər qeyd etdiyi halda sifarişləri bölüşdürən robot onları da nəzərə alacaq. Məsələn, uşaq oturacağı və ya xizək daşıma imkanı.

Sürücülərin də istəkləri nəzərə alınır. Gündə bir dəfə növbəti sifarişin ödəniş üsulu seçilə bilər: nağd pul və ya kart ilə. Taksometr gündə iki dəfə seçdiyiniz nöqtələrə yolüstü sifarişlər seçə bilər. Məsələn, növbənin sonunda sizi evə aparacaq sifarişlər.

Brendləşdirilmiş, yəni, Uber nişanı yapışdırılmış avtomobillər sifarişlərin bölüşdürülməsində prioritetə malikdir. Tarifə görə uyğun olan və sərnişindən demək olar ki, eyni məsafədə olan bir neçə avtomobildən sifarişi prioriteti olan avtomobil alacaq.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari