5/7/2020

Uber-də olan bonuslar

Uber gedişlərinin daha sərfəli olması üçün Taksometr xəritəsində bonuslar cədvəlini izləyin.

Bonus və ya zəmanəti yalnız aşağıdakı şərtlərlə əldə etmək olar:

  • sifarişləri “Ekonom” və ya uberX tarifi üzrə (digər tarif göstərilmədiyi halda) yerinə yetirirsiniz;
  • gediş iki dəqiqədən çox davam edir;
  • sifarişlərin bölüşdürülməsi sistemi avtomobilin verilməsini bonus qüvvədə olan vaxtda təyin edib. 

Zəmanətli minimal gediş haqqı

Bu, minimal gediş haqqı üzrə zəmanət verən bonusdur. Sərnişin yan küçəyə getdiyi zaman belə, sürücü sifarişə görə ən azı göstərilən məbləği alacaq.

Məsələn, şəhərinizdə zəmanətli minimal gediş haqqı 3 AZN təşkil edir. Deməli gediş haqqı komissiya çıxılmadan öncə 2 AZN təşkil edirsə, əlavə 1 AZN Taksometrdəki balansınıza daxil olacaq. Bonusun qüvvədə olduğu vaxt və bonus məbləği barədə proqramda və ya saytda məlumat əldə edə bilərsiniz.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari