1/10/2023

Stabil qazanca necə nail ola bilərsiniz

Yango xidmət qaydalarına riayət edən sürücülərin gedişlərdən əldə etdiyi gəlir bonusların sayəsində daha yüksəkdir.

Aşağıda qaydalar haqqında videoya baxın

Hər bir qaydanın təfərrüatları aşağıda verilib.

1. Özünüz üçün sifariş yaratmayın.

Yalnız başqa istifadəçilərdən gələn sifarişləri yerinə yetirin.

2. Dost və yaxınlarınızdan sizin üçün sifariş yaratmalarını xahiş etməyin.

Hər hansı yaxınınıza maşın lazımdırsa, onların sifariş sizə təyin edilənə qədər yeni sifarişlər yaratması yolverilməzdir. Bu, sifarişlərin bölüşdürülməsi prosesini pozur.

3. Gedişləri müştəri olmadan yerinə yetirməyin və başlamayın.

Müştəri hər hansı səbəbdən maşına minə bilmirsə (məsələn, maşını giriş olmayan yerə çağırıb), ondan sifarişi ləğv etməsini xahiş edin. Bundan başqa, sərnişin maşına mindikdən dərhal sonra gedişi yekunlaşdırmayın. Bunu gedişin sonunda etmək lazımdır.

Əmin ola bilərsiniz ki, Yango-da sifarişlərin yerinə yetirilməsi qaydalarına riayət etsəniz, bonusları tam həcmdə əldə edəcəksiniz.

1. Yalnız başqa istifadəçilərdən gələn sifarişləri qəbul edin

2. Salonda sərnişin olmadığı halda gedişi başlamayın

3. Sərnişin maşına mindikdən dərhal sonra gedişi yekunlaşdırmayın

4. Dost və yaxınlarınızdan sizin üçün sərnişinsiz gedişlər yaratmalarını xahiş etməyin

Bu qaydalara riayət etməklə Yango ilə stabil qazanc əldə edin.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari