Tələbatın qəfil artmasına pis hava şəraiti, pik saatlar və ya kütləvi tədbirlər təsir edir – sifarişlərin bölüşdürülməsi sistemi belə yerləri avtomatik müəyyən edərək qiyməti hesablayır.
Tələbatın yüksək olduğu zonaları necə müəyyən etməli?
Taksometrdə tələbatın yüksək olduğu zonalar bənövşəyi rənglə işarələnib.
Qiymət necə artır?
Gediş haqqı müəyyən əmsala vurulur. Məsələn x1.4 əmsalı sərnişinin 10 AZN yerinə 14 AZN ödəyəcəyini göstərir.
Sərnişinlər proqramda tarifin artdığını görür, Taksometr isə yekun gediş haqqını hesablayan zaman onu avtomatik nəzərə alır.