Nağd pul ilə ödəniş
Bu üsulun üstünlüyü açıq-aydındır: ödənişi gedişdən dərhal sonra alırsınız.
Mənfi cəhəti isə çox vaxt qalıq pulun qaytarılmasına ehtiyac yaranır. Bu, o deməkdir ki, xəttə çıxmadan öncə pulu xırdalasanız daha yaxşı olar.
Nağd pulun çatacağından əmin deyilsinizsə, sifariş ünvanına getmədən öncə sərnişindən hansı əsginasdan qalıq pul verməli olacağınızı dəqiqləşdirin – bunun üçün çatda yazın və ya zəng edin.
Bank kartı
Kart ilə ödəniş etmək üçün sərnişin kartın nömrəsini Uber proqramında əlaqələndirir.
Gedişin sonunda “Bitir” düyməsinə basdıqda sifarişin dəqiq məbləğini və ödənişin nağdsız olduğu barədə xəbərdarlıq görəcəksiniz, yəni, sərnişindən pul götürmək lazım deyil.
Nağdsız sifarişlərə görə ödəniş Taksometrinizin balansına üç-beş gün ərzində daxil olur – xərcləri planlaşdıran zaman bunu nəzərə alın. Bunun səbəbi ödənişi birbaşa sizə deyil, taksi parklarına köçürməyimizdir.
Taksometrin balansındakı pulu taksi parkının komissiyasını ödəmək üçün istifadə edə bilərsiniz. Balansa "Balans" bölməsində nəzarət edə bilərsiniz: hər sifariş üzrə ətraflı məlumata baxa bilərsiniz.
Sərnişin gediş zamanı ödəniş üsulunu dəyişə bilər. Sərnişin nağdsız ödəniş üsulunu seçdiyi halda sistem onun kartında ödəniş üçün kifayət qədər pulun olub-olmadığını yoxlayacaq. Pul olmadığı halda ödəniş üsulu nağd pul ilə əvəz ediləcək. Ödəniş üsulu dəyişdiyi zaman Taksometrdə bildiriş alacaqsınız.
Promokod
Uber xidmətdə sifarişlərin daha çox olması üçün kampaniyalar keçirir — potensial sərnişinlər üçün endirimlər təklif edir. Gediş uğurlu keçdiyi halda, adətən yeni istifadəçilər avtomobili bir daha, lakin tam qiymətə sifariş edirlər.
Promokodlu sifarişlərdə, adətən, heç nə itirmirsiniz – istifadəçi daha az ödəniş edəcək, lakin endirim məbləği Taksometrin balansına köçürüləcək. Təyinat yerinə çatıb "Bitir" düyməsinə basdığınız zaman məbləği görəcəksiniz.
Promokodlu sifarişə görə həm nağd pul ilə, həm də kart ilə ödəniş etmək mümkündür — ödəniş üsulu aksiya şərtlərindən asılıdır.