Sərnişin artırılmış tariflə getdiyini necə biləcək?
Sərnişinin proqramında bütün artımlar gediş haqqı hesablanan zaman dərhal nəzərə alınır. Yəni, avtomobil sifariş edən zaman sərnişin qiymətin artırılmasına əvvəlcədən razılıq vermiş olur.
Komissiya necə hesablanır?
Hər sifarişə görə komissiya xidmətin və taksi parkının komissiyasından formalaşır və sifariş başa çatan kimi çıxılır.
Hər sifariş üzrə komissiyanın məbləğinə "Balans" bölməsində baxa bilərsiniz. Yerinə yetirilən sifarişlərə basaraq lazım olanı seçdiyiniz zaman ətraflı hesabatı görə bilərsiniz.
Taksi parkının komissiyasını taksi parkınızın dispetçerindən dəqiqləşdirin – Uber partnyorların komissiyalarını müəyyən etmir və tənzimləmir.
Şəhərimdə hansı tariflər var?
Şəhərinizdəki tariflərə Taksometr hesabınızda baxa bilərsiniz.
Niyə bonus hesablanmadı?
Yerinə yetirilən sifarişlərə görə bonuslar aşağıdakı hallarda hesablanır:
gediş iki dəqiqədən çox davam edir,
sifarişlərin bölüşdürülməsi sistemi avtomobilin verilməsini bonus qüvvədə olan vaxtda təyin edib.
Xidmətə çıxış imkanınız məhdudlaşdırılıbsa, bonuslar bloklanmadan öncəki son günə görə sifarişləri kompensasiya etməyəcək. Xidmət standartlarının kobud şəkildə pozulması isə bütün sifarişlər üzrə bonusların deaktiv edilməsinə səbəb ola bilər.
Sərnişin sifarişə görə ödəniş etməyib, nə etməli?
Sərnişin nağd pul ilə ödəniş üsulunu seçdikdən sonra ödəniş etmədən gedibsə, bu barədə mütləq Taksometr vasitəsilə dəstək xidmətinə yazın.