İş qaydaları

İş qaydaları

İşin başlanğıcı

Taksometr

Smartfonunuza Taksometr proqramını yükləyib quraşdırın. Onun köməyi ilə siz sifarişləri qəbul edib xidmətin işində hər hansı dəyişikliklər haqqında məlumat alacaqsınız.
Proqramın çalışması üçün minimal tələblər: Android 4.2 və əməliyyat sisteminin daha gec modifikasiyası, kamera, GPS-modul, İnternetə çıxış.

Qazanc

«Qazanc» bölməsində hesabınızda vəsait balansını izləyə bilərsiniz.

Reytinq

İşinizi sərnişinlər 5 ballı şkalaya görə qiymətləndirir. Bu qiymətlərin əsasında sizin sürücü kimi reytinqi formalaşır. Yüksək reytinqli sürücülərə bonuslara və daha əlverişli tariflərə yol açılır. Kiçik reytinqli sürücüləri xidmətdən kənarlaşdıra bilərlər.

Bonuslar

Bonus, Uber-in taksoparkınızın hesabına və ya fərdi sahibkar olduğunuz halda hesabınıza köçürdüyü qazanсınıza əlavələrdir. Bonuslar günün vaxtından və ya yerinə yetirdiyiniz səfərlərin sayından asılıdır.

Ətraflı: necə bonus almaq

Fotonəzarət

Vaxtaşırı siz maşınınızın fotoşəklini çəkməli və bizə göndərməlisiniz ki, biz maşınınızın qaydada olmasını görək. Buna fotonəzarət deyilir.

Sifarişlər yoxdur

Statusunuza habelə qəbul etdiyiniz və ya ləğv etdiyiniz sifarişlərin sayı təsir göstərir. Əgər siz tez-tez sifarişləri ləğv edirsizsə və ya onlardan imtina edirsinizsə, yeni sifarilər daxil olmayacaq.

Ensiklopediyanın digər bölmələri