2/20/2020

Standartlar Select

Keyfiyyət standartları Uber sifarişlərini yerinə yetirən peşəkar sürücülər üçün qaydalardır.

🚖 Avtomobil

  • Avtomobilin məlumatları Taksometrdə qeyd edilənlərlə tam uyğun gəlir.
  • Hava şəraiti yaxşı olan zaman ban tamamilə təmiz olmalıdır. Həva şəraiti pis olan zaman, məsələn palçıq olduqda qapı dəstələri, kandarlar və yan şüşələr təmiz olmalıdır.
  • Təmiz və quru salon. Xüsusilə ayaqaltı və oturacaqlara diqqət yetirin, çünki onlar daha sıx çirklənir.
  • Salonda kənar qoxular, o cümlədən tütün və aromatizator qoxusu yoxdur.
  • Yük yeri təmiz və boşdur. Yük yerində yalnız üst geyimi, çətir, qaz balonu və uşaq oturacağı saxlamaq olar.

👑Sürücü

  • Səliqəli geyinin və görünüşünüzə diqqət yetirin. İdman və çimərlik geyimi, qolsuz köynək, başmaq, çəkələk geyinmək olmaz.
  • Sərnişinlərə nəzakətlə və hörmətlə davranın: salamlaşın, sağollaşın, «Siz» deyə müraciət edin. İstəkləri nəzərə alın: pəncərəni bağlamaq, musiqini dəyişmək və s.

🚦Gediş

  • Sifarişi qəbul etdikdən dərhal sonra sərnişinin ünvanına doğru yola çıxın.
  • Yalnız sifariş nöqtəsinə çatdıqdan sonra «Yerində» statusunu təyin edin.
  • Sərnişini hər zaman Taksometrdə qeyd edilən təyinat nöqtəsinə qədər aparıb çatdırın. İstisna hallara sərnişinin avtomobili daha tez saxlatdırmaq istəyi və ya təyinat nöqtəsində dayanmanın YHQ-na əsasən qadağan edildiyi hallar aiddir.
  • Sərnişin marşrutu dəyişmək istədiyi halda ondan təyinat ünvanını proqram vasitəsilə dəyişməsini xahiş edin.
  • Hər zaman pulun (o cümlədən iri nominallı əskinasların) qalığını vermək üçün xırda pul saxlayın.
  • Sərnişin əşyalarını yaddan çıxaran zaman dəstək xidmətinə məlumat verin.

❌Olmaz

  • YHQ-nı pozmaq (sürət həddini aşmaq, düz xətti kəsib keçmək, işıqforun qadağanedici siqnallarından keçmək və s.).
  • Avtomobili təhlükəli şəkildə idarə etmək: qəfil sürəti artırmaq, tormozlamaq və bir hərəkət zolağından digərinə keçmək.
  • Sükan arxasında fikri yayındıran hərəkətlər etmək: telefonla danışmaq, video izləmək, video zəng etmək, yazışmaq və s.
  • Sərnişinə qarşı kobud davranmaq və münaqişəyə zəmin yaratmaq.
  • Gediş zamanı və ondan əvvəl siqaret çəkmək (o cümlədən elektron cihazlar), eləcə də sərnişinlərə bunu etməyə icazə vermək. Sərnişin siqaret çəkmək istədiyi halda ona avtomobili dayandırmağı və ya gedişin sonuna qədər gözləməsini təklif edin.
  • Çəkilən və ya çeynənilən qarışıqlardan istifadə etmək.
  • Sərnişin istəmədiyi halda Naviqator tərəfindən müəyyən edilmiş marşrutdan kənara çıxmaq.
  • Naviqator ilə aydın olan marşrutu dəfələrlə sərnişindən soruşmaq və dəqiqləşdirmək.
  • Sərnişindən sifarişi ləğv etməsini və ya ödəniş üsulunu dəyişməsini istəmək.
  • Sərnişindən gedişə görə «beş» qiyməti qoymağı istəmək. Lakin sərnişinə gedişi qiymətləndirməyi təklif edə bilərsiniz, məsələn: «Gedişi qiymətləndirsəniz, minnətdar olaram».
  • Sərnişindən Taksometrdə göstərilən məbləğdən çox tələb etmək. O cümlədən sərnişindən tarifə daxil olmayan xidmətlərə görə əlavə ödəniş tələb etmək.
  • Uber Azərbaycan xidmətinə qarşı nadürüst hərəkətlər etmək.

Mövzu üzrə materiallar

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari