5/2/2020

Standartlara necə nəzarət edirik: fotonəzarət

Fotonəzarət sifarişlərə çıxış imkanı açan və ya onun müddətini uzadan avtomobilin uzaqdan yoxlanması prosesidir.

Bunun üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə avtomobili hazırlayın və Taksometr vasitəsilə şəklini çəkin. Mütəxəssislərimiz şəkli yoxladıqdan sonra irad olmadığı halda sifarişləri qəbul etməyə davam edə biləcəksiniz.

Yoxlama ayda bir dəfə keçirilir. Sürücülük vəsiqəsinin və müxtəlif rakurslardan avtomobilin şəklini çəkməlisiniz.

Brendinq və ya uşaq oturacağınız varsa, hər iki həftədən bir onların şəkli çəkilməlidir. Mütəxəssislərimiz şəkil göndərdikdən sonra 5 dəqiqə ərzində nəticələri bildirəcəklər.

Fotonəzarətdən problemsiz necə keçməli?

Yoxlamadan öncə avtomobili hazırlayın

Salonu təmizləyin və orada əşyalarınızın olmadığından əmin olun. Avtomobilin banını təmizləyin – o, təmiz, əziksiz və cızıqsız olmalıdır.

Nömrələri və arxa görüntü güzgülərini təmizləyin.

Salonu qaydaya salın: ayaqaltıları çırpın, başaltıları təmizləyin.

Yalnız hesabda qeyd etdiyiniz avtomobilin şəklini çəkmək olar.

Sürücülük vəsiqəsinin əslini götürün

Onun hər iki tərəfini çəkin və bütün məlumatların aydın göründüyündən əmin olun. Üzlük varsa, onu çıxarın və şəkildə artıq işıqların olmaması üçün kamera işığı olmadan çəkin.

Yalnız sənədin əslini çəkmək olar – surətinin şəkli, ekran şəkli və başqa cihazlardan çəkilən şəkillərə görə sistem sifarişlərə çıxış imkanınızı məhdudlaşdıracaq.

Yaxşı işıq düşən yer seçin

İşıq azdırsa, salonda işığı yandırmaq olar.

Taksometrdəki kömək mesajlarını izləyin

Şəkli elə çəkin ki, avtomobil Taksometrin göstərdiyi konturlara düşsün. Öndən və arxadan çəkilən şəkilləri üç-dörd metr məsafədən çəkin. Təkərlər, hər iki bamper və nömrələr kadra tam düşməli, aydın və düz olmalıdır.

Telefonu düz saxlayın

Planşeti və ya smartfonu "baş-ayaq" çevirməyin.

Tutqun, qaranlıq və ya işıq düşən, əksetmə qabiliyyəti aşağı olan, digər elektron cihazlardan və ya köhnə şəkillərdən çəkilən şəkillər qəbul edilmir. Şəkilləri göndərməzdən əvvəl diqqətlə yoxlayın – yaxşı alınmayan bütün şəkilləri təkrar çəkmək olar.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari