Reytinqiniz aşağıdır
Keyfiyyət standartlarına əməl etdiyiniz və istifadəçilərə qarşı diqqətli olduğunuz halda reytinqiniz yüksək olacaq. Reytinq 4.5 göstəricisindən aşağı düşdüyü halda xidmətə çıxış imkanı məhdudlaşdırılacaq. Reytinq yüksək tariflərə çıxış imkanınıza da təsir edə bilər. Reytinq barədə ətraflı məlumat burada təqdim olunub.
Keyfiyyət standartlarını pozmusunuz
Sərnişinlər keyfiyyət standartlarına tam əməl olunmasını qiymətləndirir, buna görə də:
- Avtomobilin daxili və xarici təmizliyinə nəzarət edin.
- Banda iri zədələr, şüşədə isə çatlar olmamalıdır.
- Nəzakətli olun, gedişlə əlaqəli olmayan mövzularda danışmayın.
- Sifarişləri ləğv etməyin və sərnişinlərdən ləğv etmələrini istəməyin.
- Ödəniş üsulunu dəyişmələrini istəməyin.
Hər tarifin keyfiyyət standartları aşağıda təsvir olunub:
Xidmətin funksiyalarından sui-istifadə edirsiniz
Uber-də aşağıdakılar olmaz:
- Sifariş qəbul edən zaman interneti söndürmək.
- Sifarişləri başqa hesabla yerinə yetirmək.
- Hesabı başqa şəxslərə vermək və kiməsə hesabdan istifadə etməyə icazə vermək.
- "Yerində" statusu ilə sərnişinsiz çıxıb getmək.
- Sifarişləri hesabda qeyd edilməyən avtomobil ilə yerinə yetirmək.
- Gediş başa çatmamış “Sifariş başa çatdırıldı” statusunu təyin etmək.
- Gediş vaxtını və məsafəsini qəsdən artırmaq.
- Sərnişini sifarişi ləğv etməyə vadar etmək.
- Sərnişindən Taksometrdə göstəriləndən daha yüksək məbləğ tələb etmək (o cümlədən, tarifdə nəzərdə tutulmayan əlavə xidmətlərə görə ödəniş tələb etmək).
- Özünüz yaratdığınız sifarişi qəbul etmək və yerinə yetirmək.
- Brendləşdirmə zamanı maqnit yapışdırmalardan istifadə etmək.