4/1/2020

Koronavirus haqqında doğrular və yalanlar

Hərarət, öskürmə, asqırma və təngnəfəslik koronavirusun əsas simptomlarıdır.
Bu, doğrudur. Qrip zamanı müşahidə edilən adi simptomlara bənzəyir. Lakin indiki vaxtda koronavirus ehtimalını istisna etmək olmaz. Bu simptomları müşahidə etdikdə evdən çölə çıxmayın və həkim çağırın. Ehtiyatınızı əldən verməyin!

Avtomobil dəstəklərinə toxunmaqla yoluxmaq mümkün deyil.
Bu, yalandır. Koronavirus hava-damcı və təmas-məişət yolu ilə ötürülür. Bu, belə baş verir: yoluxmuş şəxs əlinə asqırır və həmin əli ilə avtomobilin qapısını açır. Virus avtomobilin dəstəyində qalır. Daha sonra sağlam şəxs ona toxunur və virus onun əlinə keçir. Sağlam şəxs həmin əli ilə burnunu qaşıyır və beləcə, virus orqanizmə nüfuz edir.

Bunu çoxlu sayda insanın toxunduğu istənilən əşyaya şamil etmək olar.

Koronavirus simptomlarını müşahidə etdikdə evdə qalmaq və təcili tibbi yardım xidmətini çağırmaq lazımdır.
Bu, doğrudur. Həkimi boş yerə çağıracağınıza görə narahat olmayın. Adi qrip olarsa, həkim sizi sakitləşdirəcək və müalicə kursu təyin edəcək. Müayinəyə sərf etdiyiniz bir saat ilə özünüzü və yaxınlarınızı koronavirusdan qoruya bilərsiniz.

Virusun yayılmasını azaltmaq üçün birdəfəlik istifadə üçün nəzərdə tutulmuş dəsmallardan istifadə edin.
Bu, doğrudur. Asqırdıqdan sonra onları dərhal atın. Əlinizin altında dəsmal və ya salfet olmadıqda dirsəyinizin iç hissəsinə asqırın — beləcə, virus hər tərəfə yayılmayacaq və ətrafda olanları yoluxdurmayacaq.

Avtomobili havalandırmaq mütləq deyil.
Bu, yalandır. Koronavirus hava ilə ötürülür, bu səbəbdən də avtomobili tez-tez havalandırmaq lazımdır: məsələn, sərnişini gözləyərkən və sifarişlər arasında fasilə zamanı.

Smartfonu spirt tərkibli salfetlərlə sildikdə virusa yoluxma riski azalır.
Bu, doğrudur. Smartfon hər gün toxunduğumuz ən çirkli əşyadır. Onun üzərində virus olduqda o, asanlıqla orqanizmə nüfuz edə bilər — bunun üçün əliniz ilə ağzınıza, burnunuza və ya gözlərinizə toxunmaq kifayətdir.

Xəstəlik əlamətlərini müşahidə etdikdə 103 nömrəsinə zəng edin.
Bu, doğrudur. Koronavirus ilə əlaqəli hallar zamanı yoxlanış pulsuzdur və bu cür yoxlamanı yalnız təcili tibbi yardım xidməti və ya AR Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş xəstəxanalar həyata keçirə bilər. Sadəcə məsləhət almaq istəyirsinizsə, həmçinin 1542 nömrəsinə zəng edə bilərsiniz.

Uşaqlar və yeniyetmələr risk qrupuna aiddir.
Bu, yalandır. İmmunitet koronavirusun öhdəsindən gələ bilər. İmmunitet nə qədər aşağı olarsa, ağırlaşma riski bir o qədər yüksək olar. Bu səbəbdən də yaşlılar, eləcə də diabet və hipertoniya kimi xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna aiddir. Bu kateqoriyaya aid şəxslər virusun yayılması dayananadək mümkün qədər az insanla ünsiyyət yaratmalıdır və evdə qalmalıdır.

Virus 50 nəfərdən az olan tədbirlərdə ötürülmür.
Bu, yalandır. Çox sayda insanın olduğu istənilən yerdə virusa yoluxma riski mövcuddur. Ətrafda minlərlə, yaxud onlarla insanın olması heç bir əhəmiyyət daşımır. Bir yerə getmək, yaxud evdə qalmaq, avtobus ilə getmək, yaxud avtomobil ilə getmək seçimi qarşısında olduqda ikinci seçimdən yararlanın — belə daha təhlükəsizdir.

Viruslar nağ pul vasitəsilə ötürülür
Bu, doğrudur. Bu səbəbdən də mümkün olduqda kart ilə ödəniş etməyə üstünlük verin. Nağd pula toxunduqda dərhal əllərinizi yuyun və ya antiseptik vasitə ilə silin. Koronavirus olmasa belə, pulların üzərində çoxlu sayda zərərli bakteriyalar var.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari