2/20/2020

Fəallıq

Fəallıq işinizin göstəricisidir. O, gedişləri yerinə yetirdiyiniz zaman artır, ləğv etdiyiniz və ya buraxdığınız zaman isə azalır.

Həmçinin sifariş və bonuslara çıxış imkanı verir. Fəallıq çox aşağı düşdüyü halda bonuslar daxil olmayacaq.

Ballar nəyə görə verilir və silinir

Ballar yerinə yetirilən sifarişə görə hesablanır. "Burax" düyməsinə basdığınız və ya getməkdən vaz keçərək sifarişi ləğv etdiyiniz halda isə silinir.

Ballar sərnişinin ünvanına qədər qət edilən məsafədən asılıdır. Məsafə nə qədər uzaq olarsa, qəbul etdiyiniz sifarişə görə bir o qədər çox bal qazanacaqsınız. Sifarişi buraxdığınıza görə isə bir o qədər az bal silinəcək. Artıq qəbul edilmiş sifarişi ləğv etmək bu göstəriciyə mənfi təsir edir.

Uzaq məsafəli sifarişləri Fəallıq balı itirmədən buraxmaq olar.

Xidməti aldatmağa çalışan və sifarişlərin buraxılması üçün dürüst olmayan üsullara əl atan sürücülərin Fəallıq göstəricisi azala bilər. Silinən ballara istənilən vaxt Fəallıq tarixçəsində baxa bilərsiniz.

Sifarişin yerinə yetirilməsi si

Sifarişin yerinə yetirilməsi / Sifarişin zəncir üzrə buraxılması

Sifarişin ləğv edilməsi

Yaxın məsafəli sifariş

1

-7

-14

Orta məsafəli sifariş

1

-2

-14

Uzaq məsafəli sifariş

2

0

-14

Fəallıq göstəricisini necə izləməli

Yeni sifariş daxil olan zaman onu qəbul etdiyiniz halda əlavə olunacaq balları, buraxdığınız halda isə silinəcək balları görəcəksiniz.

Cari Fəallıq göstəricisinə və ballar üzrə hesabata Taksometr hesabınızda baxa bilərsiniz.

Hesabı açmaq üçün ekranın yuxarı sağ küncündə məbləğ və şəkil olan düyməyə basın. Şəklinizin altında Fəallıq göstəricinizi, onun sağında isə reytinqinizi görəcəksiniz.

Sual-cavab

Bəs reytinq?
Neçə bal toplanıla bilər?
Fəallıq göstəricisini necə artırmalı?
Sifarişi Fəallıq balı itirmədən necə ləğv etməli?
Uzun müddət xəttə çıxmadığım zaman nə olacaq?

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari