2/20/2020

Sifarişi necə ləğv etməli

Sifarişi ləğv etmək üçün sifariş kartında "Ləğv et" düyməsi var. Bu düyməni tapmaq üçün ekranın aşağı hissəsindəki sükan işarəsini yuxarıya doğru çəkin. Ona basaraq sifarişi yerinə yetirməmə səbəbini qeyd edin.

Artıq qəbul edilmiş sifarişi yalnız məcbur qaldığınız zaman ləğv edin — əks təqdirdə Fəallıq balı itirəcəksiniz və xidmətə çıxış imkanınız məhdudlaşdırıla bilər. Aşağıdakı hallarda ballar silinir:

  • dispetçer sifarişi sizin xahişinizlə ləğv etdikdə;
  • sərnişin gəlməyən zaman onu gözləmədən sifarişi ləğv etdiyinizdə.

* Taksi parkı bəzən sifarişin ləğv edilməsinə görə sizdən faiz tuta bilər. Uber belə komissiyaların məbləğini təyin etmir, buna görə də faiz məbləği və ləğv etmə qaydalarını dispetçerdən dəqiqləşdirin.

Sifarişi Fəallıq balı itirməyəcək şəkildə necə ləğv etməli

Sifariş ünvanına çatmısınız, lakin sərnişin gəlmir:

  • əvvəlcə ona zəng edin və ya çatda yazın – yerində olduğunuzu bildirin;
  • ödənişli gözləmə işə düşən zaman sərnişinə bu barədə xatırladın;
  • 10 dəqiqə gözlədikdən sonra sərnişin gəlmədiyi halda sifarişi rahatlıqla ləğv edə bilərsiniz.

Ekranın aşağı hissəsindəki sükan işarəsini yuxarıya doğru çəkin və "Ləğv et" düyməsinə basın. Taksometr sifarişi yerinə yetirməmə səbəblərinin siyahısını təklif edəcək — "Sərnişin gəlmədi" bəndini seçin.

Nəzərə alın ki, gözləmə vaxtı sifarişin təyin olunduğu vaxtdan hesablanır — 10 dəqiqə məhz bu vaxtdan etibarən hesablanmalıdır. Avtomobilin sifariş ünvanına gəldiyi vaxta sifariş kartında baxa bilərsiniz:

Daha tez gəldiyiniz halda gözləmə vaxtı yalnız təyin olunan vaxtdan etibarən hesablanır. Daha gec gəldiyiniz halda isə “Yerində” düyməsinə basan andan etibarən hesablanır.

Sifarişi ləğv etməyinizin əsl səbəbini göstərməyinizi xahiş edirik – dəstək xidməti tərəfindən xidməti aldatdığınız aşkarlanarsa, Fəallıq ballarınız silinə bilər.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari