2/20/2020

Niyə sifarişlərə çıxış imkanım yoxdur?

Uber sürücü və ya avtomobil üçün bir saat, bir gün və daha uzun müddətə xidmətə çıxış imkanını məhdudlaşdıra bilər. Hər bir hal barədə ətraflı məlumat aşağıda təqdim olunub.

Reytinqiniz aşağıdır 

Keyfiyyət standartlarına əməl etdiyiniz və istifadəçilərə qarşı diqqətli olduğunuz halda reytinqiniz yüksək olacaq. Reytinq 4.5 göstəricisindən aşağı düşdüyü halda xidmətə çıxış imkanı məhdudlaşdırılacaq. Reytinq yüksək tariflərə çıxış imkanınıza da təsir edə bilər. Reytinq barədə ətraflı məlumat burada təqdim olunub.

Keyfiyyət standartlarını pozmusunuz

Sərnişinlər keyfiyyət standartlarına tam əməl olunmasını qiymətləndirir, buna görə də:

  • Avtomobilin daxili və xarici təmizliyinə nəzarət edin.
  • Banda iri zədələr, şüşədə isə çatlar olmamalıdır.
  • Nəzakətli olun, gedişlə əlaqəli olmayan mövzularda danışmayın.
  • Sifarişləri ləğv etməyin və sərnişinlərdən ləğv etmələrini istəməyin.
  • Ödəniş üsulunu dəyişmələrini istəməyin.

Hər tarifin keyfiyyət standartları aşağıda təsvir olunub:

UberX standartlarıStandartlar Select

Xidmətin funksiyalarından sui-istifadə edirsiniz

Uber-də aşağıdakılar olmaz:

  • Sifariş qəbul edən zaman interneti söndürmək.
  • Sifarişləri başqa hesabla yerinə yetirmək.
  • Hesabı başqa şəxslərə vermək və kiməsə hesabdan istifadə etməyə icazə vermək.
  • "Yerində" statusu ilə sərnişinsiz çıxıb getmək.
  • Sifarişləri hesabda qeyd edilməyən avtomobil ilə yerinə yetirmək.
  • Gediş başa çatmamış “Sifariş başa çatdırıldı” statusunu təyin etmək.
  • Gediş vaxtını və məsafəsini qəsdən artırmaq.
  • Sərnişini sifarişi ləğv etməyə vadar etmək.
  • Sərnişindən Taksometrdə göstəriləndən daha yüksək məbləğ tələb etmək (o cümlədən, tarifdə nəzərdə tutulmayan əlavə xidmətlərə görə ödəniş tələb etmək).
  • Özünüz yaratdığınız sifarişi qəbul etmək və yerinə yetirmək.
  • Brendləşdirmə zamanı maqnit yapışdırmalardan istifadə etmək.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Яндекс.Браузер Google Chrome Firefox Safari